Andiçmə mərasimində Rusiya ilə sülhdən danışdı
Yaponiya hökuməti Rusiya ilə sülh müqaviləsi bağlamaq niyyətindədir.
Yenicag.az TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın baş naziri Sanae Takaiçi andiçmə mərasimi münasibətilə Dietdəki əsas çıxışında bildirib.
“Yaponiya ilə Rusiya arasında münasibətlər çətin vəziyyətdədir, lakin Yaponiya hökumətinin siyasəti “Şimal əraziləri” (Kuril adalarının cənub hissəsi) məsələsini həll etmək və sülh müqaviləsi bağlamaqdan ibarətdir”, – Nazirlər Kabinetinin rəhbəri bildirib.
Takaiçi əlavə edib ki, Yaponiya hökuməti Ukraynadakı münaqişəni tənqid etməyə davam edəcək.












