Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ankara Tehranın ağzından vurdu: “Bizi ittiham etməkdənsə...”

Türkiyə Xarici İşlər Nazirliyi İranın rəsmi Ankaranın ünvanına səsləndirdiyi ittihamlara sərt münasibət bildirib.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyinin sözçüsü Hüseyin Müftüoğlu iranlı həmkarı Bəhram Qasıminin Türkiyəyə yönələn fikirlərini cavabsız buraxmayıb:

“Bölgədəki münaqişələr üzündən ərazisinə sığınmış insanları belə müharibəyə göndərməkdən çəkinməyən bir ölkənin regiondakı gərginliyə görə başqalarını günahlandırması qəbul edilən və başa düşülən deyil.

“İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasıminin ölkəsinin regionda yürütdüyü siyasətin ədalətli olduğu və təqdir edildiyi haqda iddiaları BMT ilə İslam Konfransı Təşkilatı kimi təşkilatların İranın mövqeyinin narahatlıq doğurması haqqında bəyanatları ilə daban-dabana ziddir. İran onun bu mövqeyinə tənqidi yanaşan ölkələri ittiham etməkdənsə, regional siyasətinə yenidən baxsa daha yaxşı olar”.

Ötən gün isə Türkiyənin İrandakı səfiri Rza Hakan Tekin İranın Xarici İşlər Nazirliyinə çağırılıb. Diplomata Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Mövlud Çavuşoğlunun fikirləri ilə bağlı etiraz bildirilib.

Yeniçağ.Az

www.yenicag.az

472