Ankara-Təl-Əviv XƏTTİNDƏ GƏRGİNLİK: Netanyahunun videosu köhnə sirləri AÇDI

media-hightechnic-468x90

“Ərdoğan üçün Fələstin məsələsi əsas məsələdir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Samir Hümbətov bildirib.

Politoloq Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın bir neçə gün öncə Ankarada ABŞ Prezidenti Donald Trampın oğlu ilə və bu gün Trampla görüşünü şərh edib.

O, bu görüşlərdə ABŞ və ya İsraillə Fələstin mövzusunda hər hansı razılaşma olma ehtimalının olmadığını söyləyib.

“Hesab etmirəm ki, mövcud Türkiyə hökuməti Fələstin məsələsində Amerika və ya İsrail ilə razılaşıb. Çünki hazırkı AKP-MHP hökumətinin əsas prinsipial mövqelərindən biri də bu məsələdir və onların da əsasını bu məsələlər təşkil edir. Belə olan halda, bu məsələnin qabardılması, bu tip fikirlərin yayılması hibrid təhdid kimi də qiymətləndirilə bilər. Baxmayaraq ki, onu CHP sədri deyib, ola bilər ki, həmin şəxsə yanlış informasiya ötürməklə və bu informasiyanı yaymaqla mövcud hökumətin sosial bazasına zərbə vurmağa çalışa bilərlər”.

S. Hümbətov Ərdoğanın İstanbul meri olduğu dönəmə aid Netanyahunun yayılan videosundan da sitat gətirib:

“Elə bu yaxında İsrailin Baş naziri Benyamin Netanyahunun videosu yayıldı. Videoda o “biz Məsud Yılmaz hakimiyyəti dönəmində Türkiyədən nəyisə istədik, onu vermədi ki, bələdiyyə başçısı (Ərdoğan – red.) və islamçı kəsim məni sıxışdıra bilər” söyləyib. Bu da onu göstərir ki, əvvəldən bu məsələdə AKP-nin mövqeyi var və MHP-də onunla eyni mövqedədir. Ona görə də mən düşünmürəm ki, Ərdoğan Tramp və ya İsraillə razılaşmış olsun”.

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 22.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa