!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ankara və London arasında terrorla mübarizədə əməkdaşlığ üzrə razılıq əldə olunub

!Reklam – Yazi

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Tereza Mey yanvarın 28-də Türkiyəyə rəsmi səfər edib.

Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün Anıtqəbir mavzoleyindəki məzarını ziyarət edən Tereza Mey xatirə kitabına yazdığı ürək sözlərində müasir Türkiyənin qurucusunun xatirəsini anmaqdan qürur duyduğunu bildirib.

Yeniçağ.Az-ın məlumatına görə, sonra Baş nazir Tereza Meyin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub.

Daha sonra Tereza Meyin Türkiyənin Baş naziri Binəli Yıldırım ilə görüşü keçirilib.

Təxminən bir saat davam edən görüşdən sonra, Ankara və London arasında terrorla mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsinə dair razılıq əldə olunub.

Bu barədə baş nazir Binəli Yıldırım danışıqlardan sonra mətbuat konfransında bildirib.

Binəli Yıldırm deyib ki: “Biz terrorla mübarizədə daha sıx əməkdaşlıq etməyə dair razılığa gəldik. Həmçinin, 15 iyul çevriliş cəhdi də müzakirə edilən mövzular arasında yer alıb. Biz hörmətli Mey xanıma Fətullah Gülənin rəhbərlik etdiyi terror təşkilatının Böyük Britaniyada da fəaliyyət göstərdiyini bildirdik. Biz bununla əlaqədar Böyük Britaniyaya zəruri tədbirlərin aparılmasını xahiş etdik”.

Yeniçağ.Az

COP29

www.yenicag.az

606
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv