Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ankaradan “Krım Platforması”na DƏSTƏK: Türkiyə Ukraynanın təşəbbüsünü müdafiə edir - VİDEO

Türkiyə Ukraynanın Rusiyanın işğalı altında olan Krımın azad edilməsinə yönəlik təşəbbüsünü dəstəkləyir.

Yenicag.az xəbər verir ki, Türkiyə və Ukraynanın xarici işlər nazirləri Mövlud Çavuşoğlu ilə Dmitri Kuleba arasında Ankarada keçirilmiş görüşdən sonra mühüm bəyanatlar səsləndirilib.

Bu sırada Türkiyənin Ukrayna tərəfindən Krımın azad edilməsinə dair beynəlxalq koalisiyanın yaradılması təşəbbüsünü dəstəkləməsi xüsusi qeyd olunmalıdır.

Mövlud Çavuşoğlu ukraynalı həmkarı ilə görüşdən sonra özünün “Twitter” hesabında bu qeydləri paylaşıb:

“Biz qarşılıqlı münasibətlərimizi möhkəmləndirərək, hərbi və müdafiə sənayesi sahəsində əməkdaşlığımızı dərinləşdiririk.

Biz Ukraynanın “Krım platforması”nı dəstəkləyirik”.

www.yenicag.az

328