Aqşin Yenisey Mövlud haqqında: “Hönkür-hönkür ağlayan adam arvad saxlaya bilməz”

Bu gün onun yoxluğu ilə bizi birillik zaman kəsiyi ayırır. Mövlud Mövludu deyirəm – düz 1 il əvvəl özünü binadan atıb, intiharı ilə tanıyanlarını məyus edən gənc yazarı…

Yenicag.az-a açıqlama verən şair Aqşin Yenisey dostunun ölümünün birinci ildönümündə onu belə xatırlayıb:

“Mövludu məktəb illərindən tanıyırdım. Gözümün önündə böyüdü, yaşadı və dünyadan getdi. Hiss edirdim ki, həyatda heç nəyə hazır deyil, qəfildən evlənəndə də dalağım sancmışdı, çünki şeir misrasına hönkür-hönkür ağlayan adam arvad saxlaya bilməz. Hər dəfə ona hisslərə qapıldığı üçün irad tuturdum. İstedadı ilə həyat arasında bir sərhəd çəkməyini istəyirdim, amma o həyatı elə istedad kimi yaşamağı sevirdi. Ona elə gəlirdi ki, hamı onun içindəki uşağı öldürmək istəyir. Var gücü ilə bu uşağı qorumağa çalışırdı. Həyat isə şairə, jurnalistə, siyasətçiyə baxmır. O uşaq ölməlidir ki, yaşaya biləsən. Məncə, Mövlud içindəki uşaq ölməsin, öldürülməsin deyə-deyə özünü öldürdü. Bu, çox böyük istedadın verə biləcəyi qurbandır. Mövlud həyatda öldü, amma o ədəbiyyatda mütləq diriləcək. Həkayələrin, romanların qəhrəmanına çevriləcək. Çünki şah qanun belədir: həyatda məğlub olanlar ədəbiyyatda qalib gəlirlər. Mən Mövludun gələcəyinə inanıram”.

Cəvahir

COP29