Kreml FAKT QARŞISINDA – Polşa və Azərbaycanı bağlayan səbəblər NƏDİR?

media-hightechnic-468x90

“Kreml fakt qarşısında susmağı daha üstün sayır”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

O, Rusiyanın Polşa hava məkanını pozması ilə Azərbaycan mülki təyyarəsini qəzaya uğratması hadisəsindəki oxşarlıqları şərh edib.

Politoloq bildirib ki, iki hadisənin də bir-biri ilə müəyyən qədər oxşarlıqları mövcuddur.

“Məsələn, təyyarəmiz vurulan zaman hər kəs xatırlayar ki, ilk xəbərlər dezinformasiya xarakterli idi. Lakin araşdırmalar başladıqdan və təyyarənin üzərində qəlpə izləri aşkarlandıqdan sonra dərin səssizlik yarandı. Çünki Kreml fakt qarşısında susmağı daha üstün sayır. Eyni zamanda indi Polşaya qarşı da həmin siyasətin aparıldığını görürük. Polşanın hava məkanı pozulduqdan sonra Rusiyanın tabeliyində olan medialar dezinformasiya yaydı. Həmin xəbərlərdə guya sözügedən dronların Rusiyaya aid olmadığı tirajlanırdı. Ancaq yenə fakt qarşısında qaldıqdan sonra susmağı seçdi. Bu isə konkret olaraq “etdiyimə görə üzr istəməyəcəyəm” deməkdən başqa bir şey deyil”.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa