Ankarada Bakının azad edilməsinin ildönümü ilə bağlı tədbir keçiriləcək
Sentyabrın 18-də Bakının azad edilməsinin 107-ci ildönümü münasibətilə “Qafqaz İslam Ordusu və Ənvər Paşanı Anma Toplantısı” keçiriləcək.
Yenicag.az xəbər verir ki, tədbir Azərbaycanın Ankaradakı səfirliyi, Türkiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Dayanışma Vəqfi (TADİV) və Türk Dünyası Parlamentarilər Vəqfinin (TDPV) təşkilatçılığı, Ankara Ticarət Palatasının ev sahibliyində baş tutacaq.
Proqram çərçivəsində Türkiyənin Giresun Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müdiri professor Yalçın Sarıqaya Bakının daşnaklardan azad edilməsinin tarixi əhəmiyyətindən danışacaq.
Bundan əlavə, Qafqaz İslam Ordusu haqqında qısa film nümayiş etdiriləcək, rəsm sərgisi təşkil olunacaq.