Qarabağda əhaliyə niyə əkin sahəsi verilmir? - "Heç bir gəlir yeri olmayan o insanlarımız..."

media-hightechnic-468x90

“Keçən ay Azərbaycanda olanda Qarabağa səfər etdim. Laçının Zabux kəndində yaşayan dəyərli bir dostum israrla evinə dəvət etdi və səfər yoldaşlarımla getdik. Evin özü normal olsa da, həyəti çox kiçik idi – hətta bir maşının park edilə bilməyəcəyi qədər kiçik. (Hətta ona həyət demək üçün 40 şahid lazımdır)”.

Yenicag.az xəbər verir ki, bunu ABŞ-də yaşayan tanınmış jurnalist və siyasi şərhçi Zaur Bayramlı sosial media hesabında yazıb.media-zaur-bayramli

O, vətəndaşlara əlavə əkin sahələrinin verilməməsinə diqqət çəkib:

“Axı bu insanlar öz yurd-yuvalarını itirəndə hərəsinin xeyli həyətyanı və əkin sahələri olub və onlar öz dolanışıqlarını məhz həmin torpaqdan çıxarıblar. Biri əkin əkərək, biri mal-qara, qoyun-quzu, biri toyuq-cücə saxlayaraq. Ən azından meyvə ağacları əkərək, o meyvələri mövsümündə bazarda sataraq minimum yaşayış ehtiyaclarını təmin edirdilər.

İndi ki, işğal öncəsi hərənin sahib olduğu qədər torpaq sahəsi verə bilmirsiniz və ya vermək istəmirsiniz, heç olmasa, hamı üçün standart bir vahid müəyyənləşdirərək o vahid üzrə torpaq paylayın! Heç olmasa, ailə başına 15-20 sot ərazi ayırın ki, o insanlarımız orada əkin əksinlər, mal-qara saxlasınlar.

Öz doğma yurd-yuvalarına qovuşmağın sevincinin bir parça çörəyi daşdan çıxartmağa məcbur edilmənin kədəri ilə əvəzlənməsinə səbəb olan məmurların etdikləri o insanlarımızı öz dövlətindən, prezidentindən, müzəffər Ali Baş Komandanından narazı salmaq deyil də, nədir bəs?

Bəlkə, biz bilmirik; hökumətimiz bütün Qarabağı sənaye bölgəsi edəcək və oralarda əhalinin əksəriyyətini işlə təmin edəcək qədər fabrik və zavodlar tikəcək? Əgər belədirsə, zəhmət olmasa, bunu açıqlayın, bu vədi verin ki, heç bir yerdə işləməyən və heç bir gəlir yerləri olmayan o insanlarımız həmin fabrik və zavodların hazır olacağı vaxta qədər axşamlar ümid yeyib, gecələr yuxularında xəyalplov görsünlər.
Lütfən, biri məni 1 aydır dərindən narahat edən bu suala cavab versin: erməni işğalından öncə Qarabağ əhalisinin sahib olduğu o torpaqlar hara “qeyb oldu”?

Bildiyim sadəcə bir şey var: qalib dövlət öz vətəndaşını taleyin və Allahın ümidinə buraxmaz!”

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa