Emin Əmrullayevin müəllimləri hədəfə alması: Təhsil sistemində hansı dəyişikliklər edilməlidir?

media-hightechnic-468x90

“Təhsil sistemimiz beynəlxalq ölkələrin təhsil sisteminə uyğunlaşdırılmalıdır”.

Bu fikirləri elm və təhsil naziri Emin Əmrullayevin müəllimlərə hədəf alaln növbəti açıqlamaları ilə bağlı danışan təhsil eksperti Elçin Əfəndi Yenicag.az-a açıqlamasında bildirib.

O bildirib ki, testlərdə daha uyğun suallar hazırlamaq üçün beynəlxalq standartlara baxmaq lazımdır:

“Bizim bir çox dərsliklərimizdə, fənnlərimizdə dəyişikliklər edilməlidir. Dəyişikliklərdən də irəli gələrək bunun müasir dövrün çağırışlarına uyğun hazırlanması tələb olunur. Əlbəttə ki, müəyyən hazırlanan suallar ki var, həmin suallar artıq dəyişilməlidir. Fərqli suallara üstünlük verməliyik, beynəlxalq sistemdə olan suallardan istifadə etməliyik. Həm təhsil proqramında, həm də sualların qoyuluşunda. Ona görə ki, demək olar, eyni sual ətrafında bir neçə illərdir ki, fırlanılır. Bir sual fərqli-fərqli formatlarda təqdim olunur. İnsanlar da artıq o suala və o sualın cavabına öyrəşiblər. Düşünürəm ki, çalışmalıyıq ki, daha uyğun suallar hazırlamaq üçün beynəlxalq standartlara baxaq. Qapalı tipli suallardan artıq yan keçib açıq tipli suallara üstünlük verməliyik.

Bundan əlavə, müəllimlər də hardasa qınalılası deyil. Ona görə ki onlar da mövcud proqrama görə özlərini uyğunlaşdırıblar, ondan kənara çıxa bilmirlər. Sanki bir qəlib düşünün, yalnız o qəlibin içində hərəkət edirlər. Ona görə də ABŞ, Sinqapur, Cənubi Koreya və digər müxtəlif ölkələrin ümumi sual qoyuluşlarını, məzmun xəttini götürüb onun əsasında nələrsə hazırlamaq, yeni nəsil suallara üstünlük vermək lazımdır ki, suallar beynəlxalq sistemlə ayaqlaşsın. Müəllimlər də məhz həmin sistem üzərindən təkmilləşməlidirlər. Məhz ondan sonra sualların hazırlanması çətinlik yaratmaz”.

Nurlan Cəfəri

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa