Arauxo “Çelsi”nin hədəfində
Londonun “Çelsi” klubu “Barselona”nın uruqvaylı müdafiəçisi Ronald Arauxo ilə maraqlanır.
Yenicag.az xəbər verir ki, “Zadəganlar” 26 yaşlı futbolçunun transferini bu qış deyil, yayda reallaşdırmağa cəhd göstərə bilər.
Mənbə bildirir ki, “Barselona”nın maliyyə çətinlikləri səbəbindən klub Arauxonu satmağa məcbur qala bilər. Bununla belə, bu məsələ 2026-cı ilin yayına qədər katalon klubunun maliyyə vəziyyətindən asılı olacaq.
Bu mövsüm Ronald Arauxo bütün turnirlərdə 7 oyuna çıxıb və 1 qol vurub. Müdafiəçinin “Barselona” ilə müqaviləsi 2031-ci ilin yayına qədər qüvvədədir. “Transfermarkt”ın qiymətləndirməsinə əsasən, onun bazar dəyəri 35 milyon avrodur.