“Armen Sarkisyan öz sələfləri olan Serj Sarkisyanla Robert Koçaryanın əlində kukladır” – Politoloq

“Bu adam indi baş verənlərin səbəbini axtarmayaraq, Nikol Paşinyanı istefaya səsləyir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Ermənistandakı mövcud vəziyyət, prezident Armen Sarkisyanın baş nazir Nikol Paşinyanı hədəfə almsına və müharibənin Ermənistanı məhv etməsinə dair fikirlərinə münasibət bildirən politoloq Qabil Hüseynli deyib.

Qabil Hüseynlinin sözlərinə görə, Sarkisyanın baş nazir Nikol Paşinyanı intensiv tənqid etməsi məqsədli xarakter daşıyır:

“Armen Sarkisyan sanki dağ başında çobandır, ölkənin idarə edilməsi ilə bağlı heç bir siyasi məsuliyyəti yoxdur. O, ancaq faktları sadalamaqla məşğuldur. Deyir, müharibə başlayandan 4 saat sonra məlum oldu ki, Azərbaycan ordusu ildırım sürəti ilə irəliləyir və erməni ordusu onun qarşısında tab gətirmir.

Ağlı başında olan prezident bunu biləndən sonra müşavirə çağırmalı, vəziyyəti müzakirə etməli idi, lakin bunların heç birini etməyib. Orduda fərarilik başladı, bel sütunu qırıldı, ancaq özünə prezident deyən adam bütün bunlara seyirçi qaldı. Bir dəfə demədi ki, ay insanlar, biz başqa xalqın torpaqlarını işğal etmişik, 30 ilə yaxındır, onu işğal altında saxlayırdıq, indi onlar ayağa qalxıb, silahlanıb, təlim keçib, ərazi bütövlüklərini təmin etmək üçün hər cür fədakarlıq edəcəklər və etdilər.

Bu adam indi baş verənlərin səbəbini axtarmayaraq, keçmiş prezidentlər – Serj Sarkisyan və Robert Koçaryanın sifarişi ilə Nikol Paşinyanı günahlandırır. Müharibə vaxtı Avropaya və Rusiyaya getdi, Paşinyandan şikayət elədi. Sarkisyan özünün sələfləri olan Sarkisyanla Koçaryanın əlində bir kukladır. Onu istədikləri kimi oynadırlar.

Sarkisyan Paşinyanı istefaya səsləyir, Konstitusiyanın dəyişdirilməli olduğunu deyir. Konstitusiya dəyişəndə Ağrı dağının təsvirini gerbinizdən çıxaracaqsınız, Türkiyəyə olan ərazi iddiasından əl çəkəcəksiniz? Həmin ermənilərdir, eyni tərbiyəni alıblar. Həmişə yaşadıqları ölkəyə arxadan zərbə vurublar. Erməni genində hər bir işğalçının geni var. Erməni xalqının gibrid kimi formalaşmasında Əmir Teymurun əsgərlərindən tutmuş, Osmanlı əsgərlərinə qədər çoxlarının rolu olub.

Sarkisyan elə danışır, sanki erməni xalqı qəhrəman idi, Herakl kimi Yer kürəsini çiynində saxlayırdı. Əslində, ermənilər daim Qarabağ xanlarının mehtəri, tövlə təmizləyənləri olub. Sarkisyanın dedikləri tipik erməni təfəkkürünün təzahürüdür”.

Səxavət Məmməd