“Arsenal” 15 yaşlı futbolçu ilə razılığa gəldi

media-hightechnic-468x90

İngiltərənin “Arsenal” komandası hücumçusu Maks Daumanla razılığa gəlib.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, 15 yaşlı futbolçu Premyer Liqa təmsilçisi ilə uzunmüddətli sözləşmə imzalayacaq.

Oyunçu ilə ilk peşəkar müqavilənin 2026-cı ilin dekabr ayında, yəni, onun 17 yaşı tamam olanda bağlanacağı gözlənilir.

Qeyd edək ki, Maks Dauman Çempionlar Liqasında debüt edən ən gənc oyunçu olub. O, turnirdə 15 yaş 308 günlük ikən ilk matçını keçirib. Futbolçu bu mövsüm “Arsenal”ın heyətində 5 görüşdə 1 məhsuldar ötürmə ilə yadda qalıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 20.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa