!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Aslan cildinə girmiş Allahverdinin son çırpınışları... - Və ya sifarişi batıran “vəkil”

!Reklam – Yazi

Hansı mövzuda olsursa-olsun, danışanda, özü barəsində yaratdığı neqativ təəssüratları daha da “zənginləşdirən” başabəla vəkil Aslan İsmayılov Milli Mətbuat Günü münasibətilə yeni monoloqunu yayıb.

Şəxsi maraqlarının təminatı naminə heç vaxt əl çəkmədiyi şantaj və böhtanlarına görə əvvəl prokurorluq orqanlarından, daha sonra isə Vəkillər Kollegiyasından qovulan İsmayılov bu dəfə mediamızın mövcud vəziyyətinə “diaqnoz” qoymaq iddiasına düşüb.

“Bir aktyorun teatrı”nı xatırladan tərzdə, ev şəraitində kamera qarşısına keçən sabiq vəkil ampluasından kənara çıxmayaraq, mətbuatın durumunu öz aləmində “təftiş” edib və öz aləmində “günahkar”ı müəyyənləşdirib.

İsmayılovun pozuq leksikonla etdiyi videoçıxışa baxdıqca və “arqument”lərini dinlədikcə, yaranan qənaət bundan ibarətdir: adam özünü necə “yandırıbsa” və necə vurulubsa, hələ də yerini tapa bilmir. O səbəbdən, meşənin dərinliyində azanlar kimi, ümidsizlik içində gah sağa-sola, gah da irəli-geri qaçır.

“Laməkan” hüquqşünasın meşədə azması obrazlı ifadə olsa da, onun bu cəmiyyətdə özünə yer tapa bilməməsi birbaşa mənada başa düşülməlidir. Prokurorluq orqanlarından qovulub, vəkillikdən çıxarılıb, can atdığı siyasi meydana yolu bağlı qalıb… Onu nə hakimiyyətdəkilər qəbul edir, nə müxalifətdəkilər, nə də ictimai sektordakılar…

Bu məxluq hamıya və hər kəsə çamur atmaqla, özünü təcrid vəziyyətinə salıb. İndi də hər fürsətdə şəxsi barəsində “tənha qəhrəman” imici yaratmaqdan qalmır. Adamdan soruşurlar, İsmayılov, axı hansı xüsusi keyfiyyətlərinə görə “ağ qarğa” kimi görünməyə çalışırsan?

Ölkədə düşmənçilik etmədiyin çox az insan var. Yaxşı, bir nəfər haqsızdır, ikisi, üçü, onu, yüzü, mini haqsızdır… Ola bilər haqsızdır. Daha ölkənin 95 faizi səninlə müqayisədə haqsız və pis ola bilməz axı. Deməli, etiraf etməsən də, problem sənin özündə, dəyişməz xislətindədir.

Heç olmasa, keçmişinə bax, hansı işlərin-əməllərin sahibi olduğunu xatırla. Tərücümeyi-halına nəzər salmaq istəmirsənsə, bunu sənin yerinə biz də edə bilərik. Bioqrafiyanın sadəcə, 1988-ci il Sumqayıt hadisələri (sovet “KQB”sinin ssenariləşdirdiyi iğtişaşlar) ilə bağlı hissəsini xatırlatmaq kifayətdir.

Həmin olaylar üzrə təşkill olunan məhkəmə prosesində dövlət ittihamçısı məhz sən idin, İsmayılov. “KQB”-nin ermənilərin iştirakı ilə təşkil etdiyi iğtişaşlara görə soydaşlarımıza cəza tələb edən sovet prokuroru… Tək bu məqam ömrünün sonuna qədər susmalı olmağının, yaxud da çox astadan danışmağının tutarlı səbəbidir. Təbii ki, buna riayət etmək anlayışlı, abrına kor olmağı bacaranların işidir, sənin deyil…

Hə, 1994-cü ildə Prezident Aparatından niyə qovulduğunu da unutma. Bəlkə deyəsən, o vaxt içində təmsil olunduğun komandaya qarşı savaş açmışdın? Dur, güldürmə… Azərbaycan tarixinə “siyasi riyakarlığa” görə vəzifədən çıxarılan ilk fiqur kimi düşmüsən. Bunu fəxr ediləsi hal kimi görürsənsə, öz işindir.

Qayıdaq sonuncu çıxışına. Vəziyyətinə, fəaliyyətinə qiymət veriləcək biri varsa, o da sənsən. Mətbuatın durumunu təftiş etmək sənə düşməz, bunu haqq etmək lazımdır. Mediamız sənin kimi çalışdığı bütün sahələrdən qovulan, vaxtilə daxil olduğu çevrələrdən çıxdaş edilən birisinin qiymətləndirməsinə qalmayıb.

Yaxsısı budur, sən özünə bax. Həm də boşuna yox, düzələ biləcəksənsə, bax…

COP29

www.yenicag.az

2649
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv