Rusiya taxılını Ermənistana daşıyan qatar Azərbaycandan yola düşdü

media-hightechnic-468x90

Fevralın 1-də Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib.

Yenicag.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu dəfə ümumi çəkisi 1 746 ton olan 25 ədəd taxıl yüklü vaqon Biləcəri Dəmiryol Stansiyasından yola salınıb. Qatar əvvəlcə Gürcüstana, daha sonra Ermənistana daxil olacaq.

Qeyd edək ki, indiyə qədər Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə 285 taxıl vaqonu (19 900 tona yaxın taxıl) göndərilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.02.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa