Tovuzda 32 yaşlı şəxs kafedə bıçaqlandı

media-hightechnic-468x90

Tovuzda bıçaqlanma hadisəsi baş verib.

Yenicag.az-ın məlumatına görə, hadisə rayonun Düz Qırıqlı kəndində yerləşən kafelərin birində baş verib.

Belə ki, rayon sakini 1994-cü il təvəllüdlü E. Bağırov bıçaq xəsarəti ilə xəstəxanaya yeləşdirilib. Dərhal ona yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Əraziyə cəlb edilən rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayonun Düz Qırıqlı kənd sakini 1998-ci il təvəllüdlü Yusib Kərimov saxlanılıb.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir./Apa/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.02.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa