Trampın İraq üzrə xüsusi nümayəndəsi vəzifəsindən getdi

media-hightechnic-468x90

Amerikalı sahibkar Mark Savaya ABŞ Prezidenti Donald Trampın İraq üzrə xüsusi nümayəndəsi postunu tərk edib.

Yenicag.az bildirir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadən xəbər verir.

Ehtimal edilir ki, Savaya ölkədəki əsas vəzifələrin icrası zamanı “uğursuz idarəçilik”, o cümlədən 2006-cı ilin mayından 2014-cü ilin avqustunadək hökumətə rəhbərlik etmiş Nuri əl-Malikinin yenidən baş nazir postuna seçilməsi ehtimalı ilə bağlı məsələlərə görə vəzifəsini itirib.

Tramp daha əvvəl qeyd etmişdi ki, iranpərəst əl-Malikinin baş nazir olması İraqı xaos və yoxsulluğa sürükləyəcək.

Qeyd olunur ki, Trampın hazırkı Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak Savayanın varisi ola və gələcəkdə Dövlət Departamentinin İraq üzrə fəaliyyətinə rəhbərlik edə bilər./Oxu/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.02.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa