Astara sakinlərindən qanunsuz saxladıqları odlu silahlar aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Yenicag.az-a verilən məlumata görə, bu istiqamətdə Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbirləri zamanı rayon sakinləri İ.Qulamov, V.Zamanov və A.Paşayevdən qanunsuz olaraq saxladıqları müxtəlif markalı ümumilikdə 3 ədəd ov tüfəngi aşkar edilərək götürülüb.
Silahlar aidiyyəti üzrə təhvil verilib. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılmasından ötrü Astara Rayon Məhkəməsinə göndərilib.
www.yenicag.az