Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) deqradasiyaya uğrayıb və Qərbin maraqlarına xidmət edir.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Minskdə Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşündən sonra bildirib.
“Biz Birləşmiş Millətlər Təşkilatı və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının tamamilə deqradasiyasına və əslində Qərbin maraqlarına xidmət etməyə başlamasına baxmayaraq, bu təşkilatda necə əməkdaşlıq etdiyimizi söylədik. Lakin bu, Helsinki Yekun Aktından sonra ATƏT-in fəaliyyətinin əsasını təşkil edən bütün prinsipləri yenidən yazmaq və unutmaq cəhdlərinə qarşı daha effektiv mübarizə tələb edir”, – XİN vurğulayıb.
Onun sözlərinə görə, ATƏT üzvlərinin əksəriyyətinin maraqlarını qoruyan təşkilat ola bilməyib.
www.yenicag.az