Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

ATEV sədri Tənzilə Rüstəmxanlıdan BƏYANAT

Sentyabr ayının 27-də, səhər saat 06:00-da düşmən bütün cəbhə boyu yeni və iyrənc hərbi təxribat törədib. Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələri, mülki əhali atəşə tutulur. Ağır döyüşlər gedir. Qəhrəman Azərbaycan Ordusu, igid əsgərlərimiz düşmənin xain təxribatlarının qarşısını alır, erməni silahlı birləşmələrinin mövqelərinə ağır, sarsıdıcı zərbələr endirir.

Bu barədə Azərbaycan Türkiyə Evinin və Azərbaycan Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının yaydığı bəyanatda deyilir.

Dəyərli Azərbaycan xalqı!

Nəhayət ki, gözlədiyimiz, bəzən bir çoxumuzun gələcəyini görəcəyindən əmin olmadığı gün gəlib. Ya müzəffər olub, yadelli işğalında olan torpaqlarımızı azad edəcək, ya da şəhadət şərbətini içəcəyik.
Ermənistan yenə də Azərbaycan torpaqlarına təcavüz etdi,sivil əhalini öldürməyə başladı.

Bəli, bu anlarda şanlı Azərbaycan əsgəri artıq 26 ildir ki, yağı düşmən tapdağı altında olan dədə-baba torpaqlarımızda gemişmiqyaslı əkshücum əməliyyatına başlayıb.

İllərdir gözlədiyimiz o gün gəldi. Bu tarixi anda hamımız bir nəfər kimi Ali Baş Komandan və Ordu ətrafında birləşməli və qəhrəman əsgərlərimiz üçün dua etməliyik.

Bizim yolumuz haqq yoludur.

Düşmən əziləcək.

Zəfər bizim olacaq.

Azərbaycan xalqı sizinlədir Cənab Ali Baş Komandan.

İrəli, Azərbaycan Ordusu!!!

www.yenicag.az

358