Avropa çempionatında Azərbaycanı 11 boksçu təmsil edəcək

media-hightechnic-468x90

Noyabrın 23-də Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək kişi və qadın boksçular arasında Avropa çempionatı start götürəcək.

Yenicag.az xəbər verir ki, 7 gün davam edəcək yarışda Azərbaycan millisi 11 idmançı ilə təmsil olunacaq.

Baş məşqçi Elbrus Rzayev U-23 Avropa çempionatında Sübhan Mamedov (50 kq), Amin Məmmədzadə (55 kq), Tağı Nəsibov (60 kq), Əli Abdullayev (65 kq), Nicat Əlirzayev (70 kq), Fərhad Şeydayev (75 kq) və Səbuhi Əlizadəyə (+90 kq) şans verəcək.

Qadınlar ibarət yığmanın baş məşqçisi İlkin Ağayev isə Budapeştdə Lalə Mədətova (48 kq), Zeynəb Rəhimova (54 kq), Aynur Mikayılova (57 kq) və Fatimə Mehdiyevaya (65 kq) güvənəcək.

Yarışda hakimlər arasında beynəlxalq dərəcəli referi Qalib Əbiyev də yer alacaq.

Qeyd edək ki, Macarıstana bu gün yollanan milli komanda Bakıya noyabrın 30-da qayıdacaq.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa