!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avropa İttifaqından İrana qarşı SANKSİYALAR: Şarl Mişel detalları gizli saxladı

!Reklam – Yazi

Avropa İttifaqı (Aİ) İsrailə hücuma görə İrana qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib.

Yenicag.az xəbər verir ki, Brüsseldə keçirilən sammitin birinci günündən sonra verilən birgə bəyanata görə, Aİ liderləri yekdilliklə İranın İsrailə hücumunu pisləyib və anti-İran sanksiyalarını genişləndirmək qərarına gəliblər.

Avropa Şurasının sədri Şarl Mişel brifinqdə tətbiq edilən sanksiyalarla bağlı ətraflı məlumat verməyib.

Yekun bəyanatda həmçinin Qəzzada təcili atəşkəsin əldə edilməsi, məhbusların azad edilməsi və eksklava humanitar yardımların daxil olması tələb olunur.

Bundan əlavə, Aİ-nin İsrail-Fələstin münaqişəsinin “iki xalq üçün iki dövlət” konsepsiyasına uyğun həllinə sadiqliyi vurğulanıb.

Aİ nümayəndələri də Livandakı vəziyyətə toxunub və bu ölkəyə güclü dəstəyini təsdiqləyiblər.

Aİ liderləri suriyalı qaçqınların təhlükəsiz və könüllü şəkildə ölkələrinə qayıtmasını dəstəklədiklərini vurğulayıblar.

www.yenicag.az

96
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv