Avropa Parlamentinin sədri: "Ukraynanın Aİ-yə daxil olması təhlükəsizliyin təminatıdır"

media-hightechnic-468x90

Ukraynanın Avropa İttifaqına daxil olması özü-özlüyündə təhlükəsizliyin təminatıdır və Avropa Parlamenti bu yolda ölkəni tam dəstəkləyir.

Yenicag.az xəbər verir ki, bu barədə Avropa Parlamentinin sədri Roberta Metsola Ali Radada çıxışı zamanı bildirib.

“Avropa İttifaqına daxil olmaq özü-özlüyündə təhlükəsizliyin təminatıdır və biz birlikdə bu yolla irəliləyirik. Avropa sizin artıq nail olduğunuz tərəqqiyə uyğun olmalıdır”, – deyə o söyləyib.

“Mən əminəm ki, biz irəliyə doğru getmək üçün imkan tapacağıq və sizi əmin etmək istəyirəm ki, Avropa Parlamenti sizi tam dəstəkləyir”, – deyə Metsola bildirib.

O, Avropaya inteqrasiyanın mücərrəd anlayış deyil, konkret nəticələr olduğunu vurğulayaraq qeyd edib ki, iyul ayında elan edilmiş rominq sazişi artıq vətəndaşlara və biznesə fayda gətirir.

Metsola, həmçinin xatırladıb ki, Ukrayna artıq “Ukraine Facility” fondundan 22,7 milyard avro alıb və institutları gücləndirəcək və onları daha davamlı edəcək islahatlar üçün əlavə maliyyə dəstəyi gözlənilir.

O, həmçinin Ali Radanın, xüsusən də Ukraynanın planının həyata keçirilməsi ilə bağlı qanunvericiliyin qəbulunda davamlı irəliləyişini olduqca vacib adlandırıb./AZƏRTAC/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa