Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Avropa üçün “Qazprom” TƏHLÜKƏSİ: “Qaz nəhəngi” "köhnə dünya"nı soyuqdan “donduracaq”

Rusiyanın “Qazprom” şirkətinin yeni planları Avropa üçün təhlükə kimi qiymətləndirilib.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, “Bloomberg”in ekspertləri “Qazprom”un yeraltı qaz anbarlarını doldurmaq planlarını “köhnə dünya”nın istehlakçıları və bazar üçün təhdid adlandırıblar.

Ekspertlərin hesablamasına əsasən, binaların qızdırılması mövsümünü uğurla başa vurmaq üçün “Qazprom”un öz anbarlarına şirkətin əsas bazarı olan Qərbi Avropaya nəql edilən təbii qazın 80 faizi həcmində ehtiyat toplanmalıdır.

Qeyd olunur ki, yeraltı anbarları qazla doldurmaq üçün “Qazprom”un təqribən 2 ay vaxtı var və şirkət bu il rekord həcmdə ehtiyat hasil etməyi planlaşdırır. İqtisadçıların qənaətinə görə, “Qazprom” yaxın müddətdə öz siyasətindəki prioritetlərə yenidən baxacaq və praktik şəkildə Avropaya qaz ixracından imtina edəcək.

www.yenicag.az

193
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100