Ukrayna və Gürcüstan üçün viza ləğv edildi

media-hightechnic-468x90

avropa-ttifaq-ukraynBu gün Avropa Parlamenti (AP) Ukrayna və Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvinə dair qanunvericilik prosesinin başa çatmasını təsdiqləyib.

Yenicag.az-ın APA-ya istinadən verdiyi məlumata görə, qərar səs çoxluğu ilə qəbul edilib.

Qeyd edək ki, dekabrın əvvəlində Avropa institutları üçüncü ölkələrlə vizasız rejimin lazım olan anda ləğvi barədə mexanizmi razılaşdırıblar. Gürcüstan və Ukrayna vətəndaşları üçün viza rejiminin ləğvi məhz bu məsələ ucbatından gecikirdi. AP-dən sonra bu mexanizmi Aİ Şurası da təsdiqləməlidir.

Gürcüstan və Ukrayna üçün vizasız rejimin 2017-ci ilin yazından etibarən tətbiq olunmağa başlayacağı gözlənilir.

Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600