Avtobus körpüdən aşdı – Ölən və yaralananlar var

Çinin Haykou şəhərində yerli vaxtla saat 08:30-da sərnişin avtobusu körpüdən çaya düşüb.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, 9 nəfər isə xəsarət alıb.

Hadisə yerinə xilasedicilər cəlb edilib. Qəzanın baş vermə səbəbi araşdırılır.