“Vətən Bağı” QHT və media ilə bir araya gəldi - FOTO

media-hightechnic-468x90

“Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyi Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir təşkil edib.

Tədbirdə QHT və media cameəsinin nümayəndələri iştirak ediblər. “Vətən Bağı” Sosial Təşəbbüslər İB-nin fəaliyyətinin işıqlandırılmasına dəstək göstərən jurnalistlər, eləcə də QHT sektorunda ictimai fəallığı ilə seçilən şəxslər səhər yeməyi süfrəsi arxasında bir araya gəliblər.

“Büyükfırat” restoranlar şəbəkəsinin “Elmlər Akademiyası” filialında baş tutan səhər yeməyində çıxış edən birliyin sədri Emin Tarverdiyev qonaqları salamlayaraq onlara təşkilatın fəaliyyətinə verdikləri dəstəyə görə təşəkkür edib. O bildirib ki, tədbirin əsas məqsədi media və QHT camiəsi arasında əməkdaşlıq və həmrəyliyi gücləndirməkdir:

Bu gün sizləri ‘Vətən Bağı həmrəyliyi’ adlı səhər yeməyində görməkdən şərəf duyuruq. Hər zaman fəaliyyətimizi diqqətdə saxlamısınız. Çalışdıq ki, bu formatda media və QHT camiəsinin tandemini yaradaq.

Tədbir çərçivəsində “Vətən Bağı” ideyasına və İctimai Birliyin fəaliyyətinə verdikləri töhfələrə görə bir sıra ictimai fəallara təşkilat adından plaketlər təqdim olunub. Təltif edilənlər arasında şəhid Pəncəli Teymurovun əmisi Şirməmməd Fərəcov, tarixçi alim Zaur Əliyev, Azərbaycan–Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu, Odessada yaşayan jurnalist Anar Natiqoğlu, Danimarka–Azərbaycan VƏTƏNCəmiyyətinin kollektivi, iş adamı Hacı Xaqani Əlizadə və Pekində yaşayan həmyerlimiz Nəsimi Əhmədzadə yer alıb.

Eyni zamanda tədbirdə iştirak edən jurnalistlərə “Dr.Milk” şirkəti adından süd məhsulları təqdim edilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 29.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa