Fatih Altaylı azadlığa buraxıldı

media-hightechnic-468x90

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı hədəf aldığı və “YouTube” yayımında təhdid ifadələri işlətdiyi iddiası ilə həbs olunaraq 4 il 2 ay həbs cəzasına məhkum edilən jurnalist Fatih Altaylı azadlığa buraxılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Altaylı YouTube kanalındakı bir proqramda “prezidenti hədəf alan təhdid ifadələri” işlətdiyi iddiası ilə həbs edilib və 26 noyabrda keçirilən hökm iclasında Fatih Altaylıya “prezidenti təhdid etmək” ittihamı ilə 4 il 2 ay həbs cəzası verilib.

Altı ay həbsdə qaldıqdan sonra, vəkilinin apelyasiya şikayətinə baxıldıqdan sonra Fatih Altaylı haqqında azadlığa buraxılma qərarı verilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 29.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa