Eskişehir Azərbaycanlılar Dərnəyi Həmrəylik və Yeni İl tədbiri keçirdi - FOTO

media-hightechnic-468x90

 

Eskişehir Azərbaycanlılar Dərnəyi tərəfindən təşkilolunan “31 Dekabr – Dünya AzərbaycanlılarınınHəmrəyliyi Günü və Yeni ilə Salam” proqramı Lidya Park Salonunda geniş iştirak və coşqulu atmosferləhəyata keçirildi.

Proqrama Dərnək sədri Uzm. Ecz. Cavid Aydın, İdarə Heyəti və Təftiş Komissiyasının üzvləri, sədrmüavini Sirac Yaquboğlu, Sevgi Xoru üzvləri,dərnək üzvləri, azərbaycanlı soydaşlar və çox sayda gənc qatıldı.

Proqramın açılış nitqini edən Dərnək sədri Uzm. Ecz. Cavid Aydın, Dünya Azərbaycanlılarının HəmrəyliyiGününün dünyanın müxtəlif coğrafiyalarındayaşayan azərbaycanlılar arasında birlik, həmrəylik vəortaq mədəni dəyərlərin gücləndirilməsi baxımındanönəmli bir gün olduğunu vurğuladı. Sədr müaviniSirac Yaquboğlu isə çıxışında həmrəylik ruhunun yaşadılmasında mədəni tədbirlərin və gənclərin aktiviştirakının əhəmiyyətinə diqqət çəkdi.

Tədbir bədii və mədəni nümayişlərlə davam etdi. Sisilya xanımın təqdim etdiyi rəqs performansı tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı, Buta Bakı Musiqi Qrupu isə ifa etdiyi mahnılarlagecəyə rəng qatdı. Proqram çərçivəsində səhnəyəçıxan Şaxta Baba və Qar Qız uşaqlara hədiyyələrpaylayaraq tədbirə şənlik qatdı.

Bundan əlavə, beynəlxalq və şəhərlərarası musiqifestivallarında nailiyyətlər qazanan gənc sənətçiElvin Məmmədli səhnə performansı ilə iştirakçılaraduyğulu anlar yaşatdı. Gənc sənətçi MirzəKazımzadənin çıxışı da izləyicilər tərəfindən böyükmaraqla qarşılandı.

Proqramın növbəti hissəsində qısa fasilədən sonra Eskişehir Azərbaycanlılar Dərnəyi Gənclər Qolutərəfindən təşkil edilən lotereya keçirildi.

Musiqi, əyləncə və yeni il coşqusunun bir arada yaşandığı gecə iştirakçıların unudulmaz anları iləsona çatdı.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 29.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa