Həmrəylik günü İzmirdə qeyd olundu - FOTO
31 Dekabr – Dünya Azərbaycanlıların Həmrəyliyi Günü İzmirdə qeyd olunub.
İzmir Azərbaycan Kültür və Dayanışma Dərnəyi tərəfindən 31 Dekabr – Dünya Azərbaycanlıların Həmrəyliyi Günü münasibətilə Bornovanın Altındağ məhəlləsində yerləşən “Kahve Madeni Cafe”də mənalı və coşqulu bir tədbir keçirilib.
Tədbir İzmir və Manisada təhsil alan tələbələrin iştirakı ilə baş tutdu və milli birlik, həmrəylik və qardaşlıq ruhu ilə dolu, unudulmaz anlara səhnə oldu. Yeməkli və musiqili proqram iştirakçılara həm vizual, həm də mənəvi bir ziyafət bəxş edib.
Tədbirin açılış nitqini dərnək sədri, TADEF başqan yardımçısı Eşref Tuna edərək, qonaqlara təşəkkür edib.












