!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avtobusu daşa basanlar tutuldu

!Reklam – Yazi

127332_res_01Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) “BakuBus” MMC-nin 14 saylı xətt üzrə hərəkət edən marşrut avtobusunu daşa basaraq şüşələrini sındıran şəxslərlərlə bağlı məlumat yayıb.

İdarənin mətbuat xidmətindən verilən xəbərə görə, yanvarın 23-də saat 18.00 radələrində Nəsimi rayonu ərazisində – Azadlıq prospektində “Baku Bus” MMC-yə məxsus “İveco” markalı avtobusun şüşəsi sındırılıb. Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənlərin paytaxtdakı 132 saylı orta məktəbinin 2 şagirdi olması müəyyən edilib və vurulan ziyanın azyşalıların valideynləri tərəfindən ödətdirilməsi təmin olunub. Həmçinin övladlarına lazımi nəzarət etmədiklərinə görə onların haqqında müvafiq tədbir görülüb.

* * *

BakuBus”un 14 saylı marşrutu üzrə hərəkət edən “İveco” markalı sərnişin avtobusunu daşa basan şəxslər saxlanılıb.

Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi axtarış tədbirləri nəticəsində xuliqanlıqda şübhəli bilinən 2000-ci il təvəllüdlü Abdulla Novruzov və Mircavad Məmmədov yaxalanıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə başlanmış cinayət işinin istintaqı davam etdirilir.

Qeyd edək ki, Nəsimi rayonu ərazisində, Dilarə Əliyeva küçəsində avtobusun daşa basılması nəticəsində onun şüşələri sınmış və bir nəfər xəsarət almışdı.(lent.az)

www.yenicag.az

577
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv