Avtomobillərin texniki müayinə mərkəzi ilə bağlı MÜRACİƏT

media-hightechnic-468x90

 

media-banner_tuq

Nəqliyyat vasitəsinin texniki sazlığının yol hərəkəti təhlükəsizliyinə bilavasitə təsirini nəzərə alaraq, Baş Dövlət Yol Polisi İdarəsi fiziki və hüquqi şəxsləri istifadələrində olan nəqliyyat vasitələrini vaxtında texniki baxışa təqdim etməyə, xidmətdə məmnunluğun təmin edilməsi məqsədilə bu sahədə yaradılmış imkanlardan faydalanmağa çağırır.

Bu barədə Yenicag.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Qeyd edilib ki, digər məntəqələrdə olduğu kimi paytaxtın Lökbatan dairəsindən Yeni Yasamal yaşayış massivinə gedən yolun 2-ci kilometrliyində yerləşən, müаsir аvadаnlıq və ölçü cihаzlаrı ilə təchiz edilmiş Müayinə Mərkəzində də növbələrin yaranmaması üçün bütün lazımı şərait yaradılıb.

Təkcə paytaxt əhalisi üçün deyil, respublikanın digər regionlarında qeydiyyatda olan avtomobillərə də xidmət göstərən sözügedən Müayinə Mərkəzi həftənin I-VI günləri saat 09:00-dan 23:00-dək, bazar günü isə saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir.

Avtomobillərin texniki baxışdan keçirilməsi ilə bağlı yaranmış suallara 012-511-08-40 nömrəli qaynar xəttinə zəng etməklə cavab ala bilərsiz.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05