!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avtoxuliqanlıq edən şəxs HƏBS EDİLDİ

!Reklam – Yazi

Cəlilabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində avtoxuliqanlıq edən şəxs aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Yenicag.az-a verilən məlumata görə, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq cəmiyyətə qarşı açıq hörmətsizlik edən, eləcə də piyadalara və yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradan sürücü saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Belə ki, polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra həmin sürücünün Cəlilabad rayon sakini R. Qəhrəmanov olduğu müəyyən edilib.

İdarə etdiyi VAZ-2106 markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan həmin şəxs barəsində inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilib.

R. Qəhrəmanov sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 15 gün müddətində inzibati qaydada həbs edilib.

www.yenicag.az

663
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv