!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Ayrılmağımın səbəbi…” - Tolik Xəzər TV-dən niyə getdi? - AÇIQLAMA

!Reklam – Yazi

Prodüser Tarix Əliyev (Tolik) aparıcı kimi çalışdığı Xəzər TV-dən ayrılıb.

Yenicag.az -a açıqlama verən Tolik öz ərizəsi ilə işdən çıxdığını bildirib:

“Ayrılmağımın səbəbinə gəlincə, Murad müəllimlə çox gözəl münasibətim var, hətta təzə veriliş bağlananda mənə həftədə bir dəfə veriliş vermək istəyirdi. Mən özüm həftəlik veriliş istəmirəm. Öyrənmişəm, səhər tezdən durum insanlara içində biraz da sosial yükü olan şou-biznes xəbərləri, xoş ab-havalı informasiyalar verməyə. Amma Murad müəllim ola bilsin, məni burada görmədi. Yenə də ona böyük hörmətim var. İkinci ilə keçir ki, verilişim bağlanıb, amma əməkhaqqı alırdım. Onunla dostcasına halallaşdım. O da mənə halallığını verdi və ayrıldıq”.

Tolik tezliklə yeni telekanalda işə başlayacağını da bildirib:

“Mən, əslində, peşəkar aparıcı deyiləm, prodüserəm, amma sahəm şou-biznes olduğuna görə belə layihələrdə uğur qazanmağa çalışıram. Əsas odur ki, ortada qalmadım. Yeni bir iş təklifim var. “Tarixin bir günü” adlı yeni verilişlə izləyicilərin qarşısına çıxacam. Telekanalın adını yaxın vaxtda açıqlayacam”.

Cəvahir

www.yenicag.az

1182
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv