Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin üzvü Azay Quliyev qurumun vitse-prezidenti vəzifəsinə seçilib.
Tbilisidə ATƏT Parlament Assambleyasının 25-ci yay sessiyası çərçivəsində seçkilər keçirilib. Seçkilərdə A.Quliyev qurumun vitse-prezidenti vəzifəsinə seçilib.
A.Quliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsiin həlli ilə bağlı yeganə beynəlxalq mandata sahib olan ATƏT-də bu vəzifəyə seçilən ilk azərbaycanlıdır.(trend)