Azərbaycan boksçuları yarışı 24 medalla başa vurdular
Azərbaycan boksçuları III MDB Oyunlarını 24 medalla başa vurublar.
Yenicag.az xəbər verir ki, Yevlax Olimpiya İdman Kompleksində boks yarışlarında final döyüşləri keçirilib.
Azərbaycanlı boksçuları Qardaş Rəhimov (46 kq), Əli Əliyev (48 kq), Əli Abaslı (52 kq), Şahin Aslanov (60 kq) və Səfdər Məmmədzadə (+80 kq) qızıl medallar qazanıblar.
Bundan başqa, Əli Ruşanov (46 kq), Ayxan Həsənov (50 kq), Raul Heydərli (57 kq), Əflatun İsmiyev (57 kq), Toğrul Quliyev (60 kq), Haxverdi Həsənov (63 kq), Adil Zalov (70 kq), Şükar Əliyev (75 kq), İsmayıl Vəliyev (80 kq) bürünc medallar qazanıblar.
Xatırladaq ki, dünən qadın boksçularımız turniri 1 qızıl, 5 gümüş və 4 bürünc medalla başa vurublar.
Beləliklə, Azərbaycan idmançıları turnirdə 24 medal qazanıblar./Report/