Azərbaycan boksçusu ikiqat Avropa çempionu olub

media-hightechnic-468x90

Azərbaycan boksçusu Bilalhəbaşi Nəzərov Çexiyanın Ostrava şəhərində keçirilən U-19 Avropa çempionatında qızıl medal qazanıb.

Boks Federasiyasından Yenicag.az-a verilən məlumata görə, 50 kiloqram çəkidə mübarizə aparan millinin lideri finalda italiyalı Tommaso Orlando ilə qarşılaşıb.

Döyüş boksçumuzun inamlı qələbəsi ilə başa çatıb. Nəzərov rəqibini 5:0 hesabı ilə məğlub edərək ardıcıl ikinci dəfə Avropa çempionu tituluna yiyələnib və Çexiyada Azərbaycan himnini səsləndirib.

Banuçiçək Nəsirli (48 kiloqram) isə finalda Matilda Fraqnye (Fransa) ilə üz-üzə gəlib. Rəqib qalib gəldiyindən boksçumuz gümüş medala yiyələnib.

Beləliklə, Azərbaycan millisi Avropa çempionatında 5 medala sahib olub. Daha öncə Zidan Hümbətov (55 kiloqram), Sübhan Babayev (60 kiloqram) və İlkanə Əhmədova (+80 kiloqram) 3-cü yeri tutublar.

Qeyd edək ki, 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanan boksçular oktyabrın 11-də Vətənə qayıdacaqlar.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa