!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərbaycan dövləti Cümhuriyyətin tək hüquqi deyil, həm də malik olduğu sərhədlər üzrə varisidir” – İstiqlalçı deputat

!Reklam – Yazi

“Mənim üçün əlamətdar haldır ki, parlamentdə bu məsələlərlə məşğul olan komissiyanın sədri olmuşam”.

Bu fikirləri Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbulunun 31-ci ildönümü ilə bağlı fikirlərini bölüşən istiqlaçı deputat, sabiq təhsil naziri Firudin Cəlilov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının məhz Cümhuriyyətin varisi kimi səhnəyə çıxması böyük üstünlükdür:

“Bu gün Rəsulzadə və silahdaşlarının qurduğu, amma bolşeviklərin işğal etdiyi Cümhuriyyətin bərpa olunduğu gündür. Azərbaycan Ali Soveti 1991-ci il oktyabrın 18-də Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etdi. Bu sənəddə açıq şəkildə qeyd olundu ki, Azərbaycan Respublikası 1918-20-ci illərdə mövcud olmuş Cümhuriyyətin varisidir.

Amma təəssüf ki, bir çoxları bu bəndin tarixi əhəmiyyətini dərk edə bilmədi. Yəni Azərbaycan Respublikası Cümhuriyyətin sadəcə, hüquqi-mənəvi deyil, həm də onun malik olduğu sərhədlər üzrə varisidir. Hər kəs görüb-bilir ki, Cümhuriyyətin və Sovet Azərbaycanının xəritələrində dağlar qədər fərq var. Azərbaycanla Ermənistan arasında indi aparılan sərhəd müzakirələrində bu məqamın əhəmiyyəti son dərəcə artmış olur.

Bu dövlətin əhəmiyyəti həm də Şərqdə, İslam aləmində ilk demokratik Cümhuriyyət olmasındadır. Avropanın əksər ölkələrində qadınlara seçki hüququ ötən əsrin 50-ci illərində verildiyi halda, Azərbaycan qadınları 1918-ci ildə bu hüququ əldə etmişdilər. Bir sözlə, Cümhuriyyətin tarixi əhəmiyyəti misilsizdir.

1991-ci ildə Konstitusiya Aktının qəbulundan sonra biz Cümhuriyyətin malik olduğu dövlət rəmzlərinin – himn, gerb, bayraq, əlifba, dövlət dili və digər atributların qəbuluna başladıq. Mənim üçün əlamətdar haldır ki, parlamentdə bu məsələlərlə məşğul olan komissiyanın sədri olmuşam.

O baxımdan, 18 Oktyabr günü hamımız, xüsusilə də haqları tanınmayan, qanuni pensiyaları verilməyən, işləmələrinə maneə yaradılan istiqlalçı deputatlar, o cümlədən mənim üçün çox önəmlidir. Bu münasibətlə xalqımızı təbrik edirəm”.

A.Zeynalov

COP29

www.yenicag.az

484
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv