Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Azərbaycan əhalisinin sayı 10 milyona çatır

Azərbaycan əhalisinin sayı martın sonu – aprelin əvvəlində 10 milyon nəfərə çatacaq.

Yenicag.az-ın məlumatına görə, bunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov deyib.

T.Budaqov bildirib ki, bu proqnoz komitənin hesablamalarına əsaslanır.

Qeyd edək ki, 2019-cu il yanvarın 1-nə Azərbaycan əhalisinin sayı 9 981 457 nəfər təşkil edib.

Əhalinin 52,8 faizi şəhərlərdə, 47,2 faizi kəndlərdə yaşayır, 49,9 faizi kişi, 50,1 faizi isə qadındır.

Əhalinin sıxlığı hər kv.km-ə 115 nəfər təşkil edir.

www.yenicag.az

2177