!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərbaycan-Ermənistan vasitəçiliyi uğrunda Brüssellə Moskva arasında əsl rəqabət gedir” – RƏY

!Reklam – Yazi

“Nəzərdə tutulan Brüssel görüşündə Paşinyandan sərhədlərin müəyyənləşməsini yubatması ilə bağlı hesabat istənilməlidir”.

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Brüsseldə mayın 23-nə planlaşdırılan görüşü nizamlama prosesini Moskvanın nəzarətindən çıxarmaq aspektindən dəyərləndirən politoloq Elxan Şahinoğlu Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, nəzərdə tutulan Brüssel görüşündə Ermənistanın Baş naziri Nikol Paşinyandan sərhədlərin müəyyənləşməsini yubatması ilə bağlı hesabat istənilməlidir:

“Brüsselin bu prosesi Moskvanın nəzarətindən çıxarıb-çıxara bilməyəcəyini indidən söyləmək çətindir. Amma fakt bundan ibarətdir ki, Azərbaycanla Ermənistan arasında vasitəçilik uğrunda Brüssellə Moskva arasında əsl rəqabət gedir.

Baxın Brüsseldə keçirilən görüşdən sonra Rusiya həmən dövrəyə girir, Ermənistan rəsmilərini Moskvaya çağırır və onlardan izahat alır. Yaxud da əksinə. Moskvada baş tutan görüşdən sonra isə Ermənistan rəsmiləri Brüsselə çağırılır.

Mən ötən çıxışlarımda da söyləmişdim ki, bu məsələdə bizim üçün Brüsselin vasitəçiliyi daha məqbuldur. Çünki Brüsseldə ötən aylarda baş tutan iki görüşdən sonra qəbul edilən bəyanatların məzmunu Azaərbaycanın maraqlarına uyğun olub.

Yəni o bəyanatlarda Minsk qrupunun adı çəkilmir, Dağlıq Qarabağ ifadəsi işlənmir və sair. Ən əsası, Azərbaycan-Ermənistan sərhədlərinin müəyyənləşməsində istək ifadə olunub. Düzdür, Moskva da guya bu istəkdə olduğunu büruzə verir. Ancaq gördüyünüz kimi, Rusiya, əsasən, bu prosesi ləngitməklə məğşuldur.

Məncə, nəzərdə tutulan Brüssel görüşündə Paşinyandan sərhədlərin müəyyənləşməsini yubatması ilə bağlı hesabat istənilməlidir. Çünki anlaşmaya əsasən, bu məsələ aprelin sonuna qədər müzakirəyə çıxarılmalı idi. Lakin may ayının üçüncü ongünlüyü olsa da, proses hələ başlamayıb”.

A.Zeynalov

www.yenicag.az

345
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv