Azərbaycan III MDB Oyunlarının medal sıralamasında üçüncü pillədə yer alır
Azərbaycan III MDB Oyunlarının medal sıralamasında üçüncü pilləyə düşüb.
Yenicag.az yarışın rəsmi saytına istinadən xəbər verir ki, ölkənin aktivində hazırda 29 qızıl, 48 gümüş və 89 bürünc medal var.
Siyahıya Rusiya (116 qızıl, 58 gümüş, 38 bürünc medal) başçılıq edir. İkinci pillədə isə Belarus (32 qızıl, 31 gümüş, 51 bürünc) qərarlaşıb. pizza
İndiyə qədər 10 ölkə təmsilçiləri medal qazanıblar.
Qeyd edək ki, III MDB Oyunları oktyabrın 8-də başa çatacaq.