!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərbaycan iyirmi birinci əsrdə müharibənin necə aparılmalı olduğunu bütün dünyaya göstərdi” - Hərbi ekspert

!Reklam – Yazi

“Ordumuzun son bir ayda əldə etdiyi zəfərlər böyük nəticədir və buna ürəkdən sevinməyə haqqımız var”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Vətən Müharibəsinin 1 ayı ərzində Azərbaycan ordusunun həyata keçirdiyi əməliyyatların əhatəsini və uğur dərəcəsini şərh edən hərbi ekspert Tərlan Eyvazov deyib.

Tərlan Eyvazov Azərbaycan ordusunun düşünülmüş plan üzrə hərəkət etdiyini və düşmənin gözləmədiyi halda cəbhənin bütün istiqamətlərində əks-hücuma keçməsini ordumuzun yüksək döyüş hazırlığının göstəricisi kimi qiymətləndirib:

“Mən Azərbaycan ordusunun ehtiyatda olan zabiti olaraq, təbii ki, öz ordumuzun nailiyyətlərini daha çox qabarda bilərəm. Ancaq gəlin, tərəfsiz beynəlxalq ekspertlərin verdikləri qiymətə baxaq. Onalrın rəyi belədir ki, Azərbaycan ordusu bu müharibədə iyirmi birinci əsrin müharibəsinin necə olduğunu göstərdi.

Bu, ilk növbədə o deməkdir ki, Azərbaycan ordusu Ermənistran ordusundan fərqli olaraq iyirminci əsrdə ilişib qalmadı. Azərbaycan ordusu son dövrdə baş verən müharibələri təhlil edərək, öz arsenalına tam müasir texnikaları daxil etdi, ən qabaqcıl silahları aldı və onlardan bu döyüşlərdə istifadə etdi.

Digər tərəfdən, heç bir analitiklərin, müşahidəçilərin gözləmədiyi halda, Azərbaycan ordusu bütün isiqamətlərdə əks-hücuma keçdi. Ermənilərin həddən artıq güvəndikləri istehkamlar və maneələr Azərbaycan ordusu tərəfindən dağıdılaraq keçildi. Bu da Azərbaycan ordusunun yüksək döyüş qabiliyyətinə malik olmasının təsdiqidir. Eyni zamanda, güclü kəşfiyyat işləri aparılmış və bu sədlərin necə aşılacağına dair konkret plan cızılmışdı”.

Hərbi ekspert ordunun həyata keçirdiyi əks-hücum əməliyyatının ilk bir ayı ərzində Ermənistan silahlı qüvvələrinin 4-5 il ərzində işğal etdiyi ərazilərin böyük hissəsinin azad edilməsini böyük uğur adlandırıb:

“Başqa bir tərəfdən, dünən prezidentin verdiyi son rəqəmlərə görə, Ermənistanın 305 tankı məhv edilib və qənimət kimi ələ keçirilib. Bu isə ortabab ölkənin bütün tank arsenalı deməkdir. Eləcə də müxtəlif çaplı digər silahlar, OSA, S-300 və başqa sistemləri dəqiq atəş zərbəsi ilə məhv edilib. Bütün bunlar Azərbaycan ordusuna böyük üstünlük qazandırdı.

Ermənistanda tam, Azərbaycanda isə qismən səfərbərlik elan edildi. Baxın, Ermənistandan fərqli olaraq, Azərbaycanda səfərbərlik zamanı bir nəfər də olsun, fərarilik qeydə alınmadı. Əksinə, insanlar cəbhəyə getmək üçün növbəyə dururlar.

Bütün bunlar Azərbaycanda Xalq-Ordu-Dövlət birliyinin sarsılmazlığını göstərir. Ordumuzun son bir ayda əldə etdiyi zəfərlər böyük nəticədir və buna ürəkdən sevinməyə haqqımız var”.

Aqil Bəkir

www.yenicag.az

2056
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv