Azərbaycan Kuboku: Daha iki komanda 1/8 finala vəsiqə qazanıb

media-hightechnic-468x90

Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə vəsiqə qazanan daha iki komanda bəlli olub.

Yenicag.az-ın məlumatına görə, “Sumqayıt” və “Difai” növbəti raunda vəsiqəni təmin ediblər.

“Gənclik şəhəri” təmsilçisi II təsnifat mərhələsində “Zaqatala”nı (3:0), Ağsu klubu isə “Xankəndi”ni (2:1) məğlub edib.

Bu raundun “Şimal” – “Şahdağ Qusar” görüşündə əsas vaxt qolsuz heç-heçə ilə bitib. Hazırda əlavə vaxt oynanılır.

Bu gün “Qəbələ” – “Mingəçevir”, “Səbail” – “Şamaxı”, “Neftçi” – MOİK oyunları da keçiriləcək.

Qeyd edək ki, ötən gün “Kəpəz”, “Karvan-Yevlax”, “İmişli”, “Turan Tovuz”, “Baku Sportinq” və “Şəfa” 1/8 finala vəsiqə qazanıblar./report

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 29.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa