Azərbaycan millisinin baş məşqçisi: “Növbəti günlərdə medallarımızın sayı artacaq”

media-hightechnic-468x90

Növbəti günlərdə Azərbaycan idmançılarının medallarının sayı artacaq.

Yenicag.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında III MDB Oyunlarında iştirak edən üzgüçülük üzrə Azərbaycan millisinin baş məşqçisi Rəşad Əbdürrəhmanov deyib.

O, yığmanın yarışdakı çıxışından danışıb:

“Komandamızın bu günkü nəticəsindən razıyıq. İstəyərdik ki, 500 metrlik məsafəyə olan yarışda medalımız olsun. Çünki idmançımız buna hazır idi. Lakin nədənsə idmançımız biraz həyəcanlı oldu. Düşünürəm ki, digər günlərdə komandamız növbəti medallar qazanar. Əlbəttə ki, bu idmandır ən yaxşı nəticə gözlədiyimiz idmançı medal qazanmaya bilər. Amma düşünürəm ki, digər məsafələr üzrə yarışlarda nəticələrimizi yaxşılaşdırarıq”.

Qeyd edək ki, Azərbaycan təmsilçilərindən Süleyman İsmayılzadə 1500 metr məsafəyə sərbəst üsulla üzmə yarışında gümüş, 200 metr məsafəyə dörd üslübdan ibarət fərdi üzgüçülük yarışında Yeqor Maynitski və qadınların 100 metr məsafəyə “butterfly” üsulu üzrə mübarizəsində Mehri Əbdürəhmanlı bürünc medal qazanıblar./Report/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 28.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa