“Global Firepower” portalı dünya ölkələrinin silahlı qüvvələrinin yeni reytinqini açıqlayıb.
Reytinqdə birinci yeri ABŞ ordusu tutub.
İkinci yerdə Rusiya Silahlı Qüvvələri yer alıb. Rusiyadan sonra ilk beşlikdə Çin, Hindistan və Böyük Britaniya qərarlaşıb.
İndiyədək ən güclülərdən hesab edilən İsrail ordusu Türkiyə, Yaponiya, Almaniya, Cənubi Koreya və Fransa silahlı qüvvələrinin ardından 11-ci sıraya geriləyib.
Azərbaycan Silahlı Qüvvələri siyahıda 63-cü yerdədir. Ermənistan 74-cü, Gürcüstan isə 75-ci yerdə qərarlaşıb.
www.yenicag.az