!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan Turizm Forumu keçirildi - FOTO

!Reklam – Yazi

Tourism Lab. şirkətinin təşkilatçılığı ilə artıq 4 ildir keçirilən Azərbaycan Turizm Forumu bu ildə öz ənənəsinə sadiq qalaraq növbəti tədbirini təşkil edib.

Yenicag.az xəbər verir ki, forum 18 sentyabr tarixində Azərbaycan Turizm Burosu dəstəyi və Abşeron Otellər Qrupunun sponsorluğu ilə Bulvar Otelin konfrans zalında baş tutub.

Tourism Lab. komandası turizm istiqamətində 2016-cı ildən bəri müxtəlif layihələr və forumlar təşkil edir. Bütün bu tədbirlər milli turizmin ən yaxşı nümunələrini ortaya qoyur. Turizmin inkişafı və bu sektorda yaranan problemlərin həlləri üçün müxtəlif yolların öz töhvəsini verir. Forum Azərbaycanda bu istiqamətdə yaradılmış ilk platformadır. Bu platforma nəinki turizm sənayesinin mütəxəssislərinə, həmçinin fərqli sənayenin və turizmdə yeni biznes qurmaq istəyən hər kəs üçün açıqdır. Əlaqələr yaratmaq Forumun əsas istiqamətlərindən biridir.

Keçirilən forumda 900 nəfərə yaxın iştirkaçı olub. Bu iştirakçılar əsasən otellər və turizm agentliklərinin əməkdaşları, Almaniya, Avstriya, İsveçrə tur operatorları, sığorta şirkətləri, turizm sahəsinə maraqlı olan digər şirkətlər, hava yolu şirkətləri, turizm informasiya mərkəzləri, restoran və digər keyterinq şirkətləri olublar.

Bu il keçirilən Azərbaycan Turizm Forumu yenilkiləri ilə forum iştirakçılarının qarşısına çıxıb. Tədbir 3 sessiyadan ibarət olub. 1ci sessiyada Azərbaycan “Turizmdə Strategiyalar” mövzusunda sahənin tanınmış turizm mütəxəsisləri fikirlərini bölüşüblər. Spikerlər Bahar Qəniyeva – Abşeron Otellər Qrupu – Gəlirlər və Biznesin İnkişafı üzrə Qrup Direktoru, Leonid Marmer – Amadeus ACO Russia & CIS – General Director, Eldar Əlimuradov – Otellərin Açılışı üzrə Baş Direktor – Abşeron Otellər Qrupu, Balaş Maqsudbəyli – Bələdçı, Səkinə Əsgərova – Azərbaycan Turizm Burosu, Rüfət Bağırov – Bakı Turizm İnformasiya Mərkəzi – Direktor olublar. 2-ci sessiya “Turizmdə İnnovasiyalar” mövzusu olub. Bu sahənin tanınmış mütəxəsisləri öz təcürbələrini forum iştiakçıları ilə bölüşüblər. Sərdar Əliyev – Azərbaycan Hava Yolları Tarif Siyasəti şöbəsinin rəisi, Nermin Rzayeva – Şirkətin Regional Meneceri – PPA Architects, Tamilla Nağıyeva – Revify – Distributorluq və Sistemlər üzrə Mütəxəsisi spiker qismində çıxış ediblər. 3-cü sessiya isə “Turizmdə blogerliyin və influenserliyin effekti” mövzusunda turizm blogerlərinin interaktiv çıxışları iə yadda qalıb. Sara Rəcəbli – Turizm sektorunda sahibkar, Jalə Ələkbərova, Həvva Səfərova, Fərid Novruzi öz təəcürbələrini forum iştikaçıları ilə bölüşüblər. Forum maraqlı diskusiyalarla yadda qalıb./Trend/

COP29

www.yenicag.az

1171
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv