Azərbaycan üzgüçüsü III MDB Oyunlarında medal qazandı
Azərbaycan üzgüçüsü Oktay Hüseynov III MDB Oyunlarında medal qazanıb.
Yenicag.az-ın məlumatına görə, idmançı gümüş mükafata sahib çıxıb.
O, 200 metr məsafəyə “butterfly” üsulu ilə üzmədə uğurlu çıxış edib. Rusiyalı Maksim Starovoitov qızıl, özbəkistanlı Javlonbek Qaniyev bürünc medala sahib çıxıb.