Azərbaycan üzgüçüsü İslamiadada gümüş medal qazandı

media-hightechnic-468x90

Azərbaycan üzgüçüsü Ramil Əlizadə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.

Yenicag.az xəbər verir ki, idmançı 200 metr məsafəyə kəpənək üsulla üzmə yarışında 2.01.16 nəticə ilə 2-ci olub.

Bununla da Azərbaycan üzgüçülərinin İslamiadada qazandığı medalların sayı 3-ə çatıb. Daha əvvəl Süleyman İsmayılzadə 1500 metr məsafəyə sərbəst üsulla üzmədə, Azərbaycanın qadınlardan ibarət yığması isə 4×200 metr məsafəyə sərbəst üsulla estafet yarışında bürünc mükafata sahib çıxıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05