Azərbaycanda daha 19 nəqliyyat vasitəsi özəlləşdirildi

media-hightechnic-468x90

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda 19 nəqliyyat vasitəsi satılıb.

media-banner_tuq

Yenicag.az quruma istinadən xəbər verir ki, hərraca çıxarılan nəqliyyat vasitələrinə ümumilikdə 134 sifariş qəbul edilib. Bunlardan 29-u onlayn qaydada həyata keçirilib.

Rəqabətli keçən hərracda start qiyməti 18 000 manat olan “Land Rover Defender” markalı avtomobil 35 000 manata, 7 800 manat olan “Toyota Avalon” markalı avtomobil isə 11 206 manata satılıb.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://shorturl.at/93My7 linki vasitəsilə tanış olmaq olar.

Növbəti hərraclar iyunun 10-u, 11-i, 18-i və 24-də keçiriləcək. Hərraclara 5 səhmdar cəmiyyətinin səhm paketi, 53 nəqliyyat vasitəsi və 4 texnika çıxarılacaq.

Hərraca çıxarılan əmlakların siyahısı ilə https://shorturl.at/PvLDX linki vasitəsilə tanış olmaq mümkündür.

Hərraclarda iştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından seçim edə bilərlər.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05