Azərbaycanda daha 6 müəssisə spirt istehsalına başladı

Azərbaycanda 6 yeni tibbi spirt istehsalçısı fəaliyyətə başlayıb.

Yenicag.az xəbər verir ki, bu sözləri İqtisadiyyat naziri Mikayıl Cabbarov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən iclasında bildirib. O deyib ki, 100, 150, 500 millilitr və 1 litr həcmində spirt məhsulları istehsal olunur:

“Bu məhsullar ölkənin bütün ehtiyacını ödəyir. Bugünkü məlumata görə, ölkədə 96 faizli spirtin qalıq həcmi 1,5 milyon litrdir. Gündəlik istehsal isə gündəlik tələbatdan bir neçə dəfə çoxdur. Bununla da ölkənin tibbi spirtə olan tələbatı tam ödənilir”.